Rusiyada ərzaq qıtlığı niyə yaranıb?
Rusiya bazarında ərzaq məhsullarının qıtlığı yaşanır. Rusiyalılar mağazalarda şəkər, şəkər tozü, habelə tampon, pambıq və s məhsulları kütləvi şəkildə acgözlüklə alırıar.
Sosial şəbəkələrdə ərzaq mağazalarının boş rəflərinin fotoları yayılır. Bəzi yerlərdə mağaza sahibləri rəflər boş görünməsin deyə onları ucuz sabunla doldururlar.
İqtisadçılar bunu ajiotaj və panikadan irəli gələn tələbat artımı adlandırır. Adamlar qıtlığın yaranacağından və bəzi məhsulların qiymətinin bahalaşacağından qorxaraq onları tələsik almağa çalışırlar. Bu isə həmin malların bazarda miqdarının azalmasına və qiymətlərinin artmasına səbəb olur.
Rusiya analitikləri yazır ki, xüsusilə bazarda un, dənli bitkilər və adi şəkərə tələbat artıb. Onların hesablamalarına görə, martın əvvəlindən şəkər istehlakı 6,5 dəfə artıb.
Analitiklərin fikrincə, Rusiya şəkər qıtlığı ilə üzləşə bilməz. 2021-ci ildə Rusiyada təxminən 5,3 milyon ton şəkər istehsal edilib və bu istehlakı tamamilə bağlayır. Rusiya şəkər idxal etsə də onun ixracı idalından 3-5 dəfə çoxdur. İnsanların şəkərə tələbatının artmasının ikinci səbəbi onun bahalaşacağından qorxmalarıdır. Bu məsələdə ehtiyatlanmağa gerçəkdən səbəb var.
Belə ki, iqtisadçılar 2022-ci ilin əvvəlindən şəkərin 21,2% bahalaşdığını deyir. Qiymət artımının pik nöqtəsi isə fevralın sonu - martın əvvəlinə təsadüf edib.
RİA Novosti xəbər verir ki, şəkərlə bağlı problemlər fonunda LDPR-dən olan deputatları martın 17-də Dövlət Dumasına şəkərin istehsalı və dövriyyəsində dövlət inhisarının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Bu cür tənzimləmə bazardakı vəziyyəti əhəmiyyətli dərəcədə təhrif edə bilər. Sənaye və Ticarət Nazirliyi cümə axşamı bildirib ki, Rusiya gigiyena məhsulları istehsalçıları üç ay ərzində kifayət qədər xammala malik olacaq və xammalın alışı kəsilməyəcək. Ticarət və Ticarət Nazirliyi əmin edir ki, uşaq bezləri və tampon qıtlığı olmayacaq.Amma bununla belə onların çeşidi və mağaza anbarlarında miqdarı kəskin şəkildə azalıb.
Müharibənin ilk iki həftəsində Rusiyada inflyasiya kəskin surətdə artıb. Qida, gigiyena məhsulları və digər mallar sürətlə bahalaşır.
Martın əvvəlində illik ifadədə inflyasiya 12%-i keçib. 2014-2015-ci illərdə Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq olunduğu və ölkədə devalvasiyanın yaşandığı böhran dövrü ilə müqayisədə qiymətlər artıb.
Panika dalğasını soyutmaq üçün Sənaye və Ticarət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi pərakəndə satıcılara müəyyən məhsulların satışını adam başına məhdudlaşdırmağa icazə verib.
Onlar əmindirlər ki, panika tezliklə keçəcək, insanların pulu azaldığından tələbat da yavaşayacaqdır. Amma mütəxəssislərin hesablamalarına görə, martın sonunadək inflyasiya 18%-ə yüksələcək.
www.anews.az

"Bəzi ayrı-ayrı şəkər istehsalçıları öz məhsullarını dollarla müəyyən edilmiş qiymətlərlə təklif etməyə başlayıblar. Qiymət artımı həm də istehlakçı davranışından qaynaqlana bilər. Mağazalarda və ya müəyyən rayonlarda tələbat artdığından şəkər qıtlığı yaranır və bu da qiymətin qalxmasına səbəb olur. Analitiklər şəkərin qiymətinin sabitləşəcəyini gözləyir, çünki bu bazarda real qıtlıq riski yoxdur", - BBC iqtisadiyyat bölümünün redaktoru Olqa Şamina bildirib.
RİA Novosti xəbər verir ki, şəkərlə bağlı problemlər fonunda LDPR-dən olan deputatları martın 17-də Dövlət Dumasına şəkərin istehsalı və dövriyyəsində dövlət inhisarının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Bu cür tənzimləmə bazardakı vəziyyəti əhəmiyyətli dərəcədə təhrif edə bilər. Sənaye və Ticarət Nazirliyi cümə axşamı bildirib ki, Rusiya gigiyena məhsulları istehsalçıları üç ay ərzində kifayət qədər xammala malik olacaq və xammalın alışı kəsilməyəcək. Ticarət və Ticarət Nazirliyi əmin edir ki, uşaq bezləri və tampon qıtlığı olmayacaq.Amma bununla belə onların çeşidi və mağaza anbarlarında miqdarı kəskin şəkildə azalıb.
Müharibənin ilk iki həftəsində Rusiyada inflyasiya kəskin surətdə artıb. Qida, gigiyena məhsulları və digər mallar sürətlə bahalaşır.
Martın əvvəlində illik ifadədə inflyasiya 12%-i keçib. 2014-2015-ci illərdə Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq olunduğu və ölkədə devalvasiyanın yaşandığı böhran dövrü ilə müqayisədə qiymətlər artıb.
Panika dalğasını soyutmaq üçün Sənaye və Ticarət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi pərakəndə satıcılara müəyyən məhsulların satışını adam başına məhdudlaşdırmağa icazə verib.
Onlar əmindirlər ki, panika tezliklə keçəcək, insanların pulu azaldığından tələbat da yavaşayacaqdır. Amma mütəxəssislərin hesablamalarına görə, martın sonunadək inflyasiya 18%-ə yüksələcək.
N.Təbrizli
Ləman Qasımova
www.anews.az