İranda yaşamaq üçün öz bədənini satır.
İranda
yaşamaq üçün öz bədənini satır.
"Etdiyim
işdən utanıram, amma başqa seçimim varmı?" Tehranda boşanmış qadın Neda
deyir.
O gündüzlər
saç ustası işləyir, gecələr isə seks işçisi (fahişə, - red) kimi ikinci bir işdə
çalışır və yalnız dolanmaq üçün bədənini seks üçün satmağa məcbur olur.
"Mən
qadınlara hörmət olunmayan, iqtisadiyyatın çökdüyü və demək olar ki, hər gün
hər şeyin qiymətinin qalxdığı bir ölkədə yaşayıram” deyə davam edir.Mən tək
anayam.Mən oğlumu düşünməliyəm.Fahişəlik yaxşı gəlir gətirir və indi mən
şəhərin mərkəzində kiçik bir ev almağı planlaşdırıram.Bu mənim həyatımın acı
reallığıdır.Mən sözün əsl mənasında ruhumu satıram”.
2012-ci
ildə İran fahişəliklə mübarizə üçün milli proqram elan etdi.Buna baxmayaraq,
qeyri-hökumət təşkilatlarının (QHT) və tədqiqatçıların qeyri-rəsmi hesabatlarına
görə, seks sahəsində çalışanların sayı artıb.
İranın
mühafizəkar dini qurumu uzun müddətdir ki, ölkədə seks işçilərinin mövcudluğunu
rəsmən inkar edir.Bunun əvəzinə rəsmilər orada fahişəliyi gəncləri korlamaq
üçün nəzərdə tutulmuş Qərb planı kimi göstərir və ya qadınları vicdansız
kişilərə qarşı pis davranmaqda günahlandırırlar.Qeyri-rəsmi məlumatlar da
İranda seks işçilərinin cavanlar olduğunu göstərir.
Müxtəlif
QHT-lərin statistikası göstərir ki, 2016-cı ildə 12 yaşında olan qızlar
fahişəliyə cəlb olunub.
İranda
narkoman qadınların müalicəsi ilə məşğul olan Aftab Cəmiyyəti Qeyri Hökümət
Təşkilatı 2019-cu ildə paytaxtda təxminən 10,000 qadın seks işçisi ola
biləcəyini və onların 35%-nin evli olduğunu bildirib.
Tehran
Universitetinin sosial rifah professoru Əmir Mahmud Harriçinin sözlərinə görə,
Tehranda qadın seks işçilərinin sayı iki dəfə çox ola bilər.
İranda
qadınlar üçün iş imkanlarının müqayisəli olmaması və gender bərabərliyinin
olmaması nəzərə alınaraq, yoxsulluq həddindən də aşağı səviyyədə yaşayan bir
çox qadın seksi pula dəyişmək məcburiyyətində qalıb.Baxmayaraq ki bu işin
riskləri var.
"Kişilər
İranda fahişəliyin qeyri-qanuni olduğunu və qadınlara ağır cəza verildiyini
bilirlər, ona görə də bundan öz mənfəətləri üçün istifadə edirlər", -
Tehrandakı universitetin tələbəsi Mahnaz adlı part-time seks işçisi deyir.
"Müxtəlif
vaxtlarda başıma gəlib ki, kiminləsə cinsi əlaqədə olmuşam, amma o, mənə pul
verməyib və mən məsələ barədə səlahiyyətli orqanlara gedə bilməmişəm”.
"Həzz evlilikləri"
1979-cu ildə İranda İslam İnqilabından sonra yeni rejim tərəfindən
bir sıra seks işçiləri edam edilib və fahişəxanalar bağlanıb. Qadınların cinsi əlaqə
üçün istifadəsini qanuniləşdirməyə görə müvəqqəti həyat yoldaşına veriləcək təzminatın
müddətini və miqdarını müəyyən edən bir müqavilə şərti ilə zavc-i mutaa və ya
"həzz evliliyi” adlanan adət daha çox yayılıb.
İranın şiə İslam sisteminə görə mutaa nikahına icazə verilir
və fahişəlik kimi qəbul olunmur. Bu adət dünyanın hər yerindən şiə zəvvarların
ziyarət etdiyi müqəddəs Məşhəd və Qum şəhərlərinə qədər geniş yayılıb.
Sosial mediada yayılan videolarda iraqlı kişilərin Məşhəddə cinsi
əlaqəyə girdikləri, rəsmilərin isə onların sadəcə müvəqqəti nikah
bağladıqlarını iddia etdiyi göstərilir.
İndi İranda Telegram və WhatsApp da daxil olmaqla mutaa
evliliyi təklif edən saysız-hesabsız onlayn xidmətlər var və bu qruplar hökumətin
icazəsi olduğunu iddia edirlər.
Fahişəliyin artmasının əsasını təşkil edən artan yaşayış
bahalığının arxasında duran hərəkətverici qüvvələrdən biri də İranın nüvə
proqramına görə ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalardır. Ötən ildən bəri
İranda inflyasiya 48,6% artıb. İşsizlik də artıb və işi olanların çoxu yaxşı
maaş almır.
Bu fonda pul müqabilində qadınlarla cinsi əlaqədə olan 20-35
yaş arası kişilərin sayında da artım müşahidə olunur.Kişi seks işçisi fenomeni
İranın böyük şəhərləri arasında yayılır.
Belə şəxslərdən biri də supermarketin kassiri işləyən 28
yaşlı Kamyar ötən ilə qədər valideynləri ilə yaşayırdı və atasının köməyi
olmadan xərclərini ödəyə bilmirdi.
İndi o, Tehranın mərkəzində kirayə mənzil tuta bilir və bir
gün xaricə köçməyə ümid edir.
"Müştərilərimi sosial media hesabları vasitəsilə tapıram”
deyir. "Bu qadınlar adətən 30-40 yaşlarında olurlar.
Bir dəfə 54 yaşında bir müştərim var idi. Mənə yaxşı münasibət
göstərirlər, yaxşı pul verirlər. Və ağızdan-ağıza çoxlu müştəri qazanıram”.
Kamyar təlim keçmiş mühəndisdir, lakin həmişə sevdiyi sahədə
özünə gələcək görmür.
"Mən həmişə mühəndis olmaq istəmişəm. Amma orada mənim
üçün iş yoxdur" deyir.
"Mən bir qızı sevirdim, amma düzgün işim olmadığı üçün evlənə
bilmədik. İndi etdiyim işlə fəxr etmirəm.Böyüyəndə pul müqabilində tanımadığım
insanlar ilə yatmaq mənim arzum deyildi.
Təbii ki, mən utanıram, amma bu xərcləri ödəyir".
Bu məqalədə göstərilən seks işi ilə məşğul olanların adları
şəxsiyyətlərini qorumaq üçün dəyişdirilib.
Səkinəxanım Məmmədova
www.anews.az