Rusiya inflyasiya dövrünə girir
Rusiya Mərkəzi Bankı fevralın sonunda kəskin qaldırdığı faiz dərəcəsini 20% səviyyəs9ndə saxlayıb, inflyasiyanı artacağı və yaxınlaşan iqtisadi böhran barədə xəbərdarlıq edib.
Mərkəzi Bankın İdarə Heyəti, Rusiya Ukrayna müharbəsi başlayandan və Qərb Rusiyaya qarşı sanksiyalar tətbiqi nəticəsində sonra rublunun məzənnəsi rekord həddə düşdükdən sonra faiz dərəcəsini fevralın 28-də 9,5%-dən 20%-ə qədər qaldırıb.
Cümə günü Mrkəzi Bank verdiyi açıqlamada Rusiyanın "müvəqqəti, lakin qaçınılmaz artan inflyasiyanın dövrünə" girdiyini, iqtisadiyyatın pisləşməsindəki flaş göstəricilərin isə gələcək rüblərdə azalacağını deyib.
Mərkəzi Bank inflyasiyanı 2024-cü ildə 4%-ə qaytarmağı hədəfləyərək bu il üçün iqtisadi proqnozlar verməyib.
Rusiyada illik inflyasiya martın 11-nə 12,54%-ə çatıb ki, bu da 2015-ci ilin sonundan bəri ən yüksək göstəricidir. Rublun zəifləməsi Qərbin görünməmiş sanksiyaları fonunda qiymətlərin yüksəlməsinə səbəb olub.
Yüksək inflyasiya həyat standartlarını aşağı salır və illərdir ev təsərrüfatları arasında əsas narahatlıqlardan biri olub.
Daha yüksək faizlər kredit xərclərini və bank depozitlərinin cəlbediciliyini artırmaqla inflyasiyanın qarşısını almağa kömək edir.
Uçot dərəcəsi elan edildikdən sonra Rusiya rublunun məzənnəsi dollara nisbətdə 103 rubldan 104,35-rubla qədər ucuzlaşıb.
Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina brifinqdə Mərkəzi Bankın proqnozları və pul siyasəti planlarına daha çox aydınlıq gətirəcək.
Uçot dərəcəsi üzrə növbəti iclas aprelin 29-na təyin edilib.
VTB Capital analitikləri mərkəzi bankın 2022-ci ilin ortalarına qədər faiz dərəcəsini dəyişməyəcəyini ilin sonuna kimi isə 16%-ə endirəcəyini gözlədikllərini bildiriblər.
Səkinəxanım Məmmədova
www.anews.az