Baş Prokurorluq: "Ukraynada müharibə nəticəsində 112 uşaq ölüb"
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 112 uşaq ölüb, 140-dan çoxu da yaralanıb. Bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Ən çox zərər görən Kiyev, Xarkov, Donetsk, Çerniqov, Mikolayevsk, Jitomir, Sumı, Xerson vilayələtinin sakinləridir.
489 təhsil müəssisəsi və yaşayış binasına zərər dəyib. Rusiya hərbçilərinin hücumu nəticəsində ən çox məktəb və uşaq bağıçası Donetsk (138), Xarkov (77), Kiyev (41), Mikolayevsk (39), Sumı (33), Xersonda (21) dağılıb.
www.anews.az