İrəvanda Rusiyaya dəstək aksiyası keçirilib
İrəvanda mindən çox şəxsin iştirakı ilə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir.
Ermənistan və Rusiya bayraqlarının dalğalandırıldığı aksiya yerli xəbər portallarında canlı yayımlanır.
"Rusiya hərbçilərini dəstəkləyirik. Strateji tərəfdaşımızla birlikdəyik. Rusiyanı müdafiə etməklə öz dövlətçiliyimizi və müqəddəs kilsəni dəstəkləyirik”, - aksiyanın təşkilatçılarından biri, parlamentin sabiq deputatı Ayk Babuxanyan bildirib.
Aksiya iştirakçıları rusiyapərəst şüarlar səsləndirib, İkinci Dünya müharibəsinə həsr olunmuş mahnılar oxuyub.
www.anews.az