• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Ukrayna və Rusiya arasında növbəti danışıqlar keçiriləcək

Bu gün Ukrayna və Rusiya arasında növbəti danışıqlar keçiriləcək
21.03.2022 08:01
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqlar bu gün keçiriləcək, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Bəli, bu gün səhər növbəti tur olacaq. Bundan əvvəl işçi alt qruplarda son dərəcə intensiv iş gedirdi", - Podolyak Ukraynanın "Strana" nəşrinə bildirib.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Rusiya və Ukrayna arasında dialoqun birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, nümayəndə heyətlərinin görüşü beş saat davam edib. Bundan sonra tərəflər martın 3-də Belovejskdə, martın 7-də isə Brest vilayətində görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında məsləhətləşmələr keçirilib.

Hazırda danışıqlar aparan şəxslər videobağlantı vasitəsilə əlaqə saxlamağa davam edirlər.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol