FIDE rusiyalı şahmatçıya qadağa qoyub
Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrossmeyster Sergey Karyakini cəzalandırıb.
Buna 32 yaşlı şahmatçının ölkəsinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi səbəb olub.
Nəticədə Karyakinin 6 ay beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Qərar qəbul edildiyi tarixdən - martın 21-dən qüvvəyə minib.
Sergey Karyakin 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.
www.anews.az