• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Rusiya ilə bağlı plan hazırlayır - “New York Times”

ABŞ Rusiya ilə bağlı plan hazırlayır - “New York Times”
24.03.2022 13:20
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gələrsə, ABŞ Rusiyanın gözlənilməz davranışı ilə bağlı plan hazırlayır.

Bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi "New York Times”a məlumat verib.

"New York Times” yazır ki, Ağ Ev Rusiyanın kimyəvi, bakterioloji və ya nüvə silahlarından istifadəyə əl atacağı təqdirdə Vladimir Putinin davranışı və NATO-nun reaksiyası üçün mümkün ssenarilər hazırlayan gizli işçi qrup yaradıb.

Milli təhlükəsizlik ekspertlərinin daxil olduğu "Tiger Team” adlanan qrup, mümkün cavabları yoxlamaq üçün fevralın 28-dən simulyasiya təlimləri keçirir.

Qəzetin adının açıqlanmasını istəməyən mənbələrinə görə, qrup Putinin NATO ərazisinə hücumu halı üçün də  cavab tədbirləri hazırlayır. Məsələn Rusiya qoşunlarının Ukraynaya başqa ölkələrdən silah yardımı gətirən maşın karvanlarına hücumunun fa qarşısı alınacaq. 

Həftədə üç dəfə toplaşan işçi qrup Rusiyanın qonşu ölkələrə, o cümlədən Moldova və Gürcüstana hücuma hazırlığını da araşdırır.

Qəzet yazır ki, cəmi bir ay əvvəl belə ssenarilər kifayət qədər hipotetik görünürdü. Amma bu gün həm Ağ Ev, həm də NATO-nun baş qərargahı başa düşür ki, Rusiya düşdüyü  çıxılmaz vəziyyətdən çıxmaq üçün öz arsenalındakı ən güclü silahdan istifadə edə bilər.

Çərşənbə günü, martın 23-də həm Bayden, həm də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməyə hazırlaşması ilə bağlı daxil olan məlumatların  sayının artdığını açıqyıblar.

 NATO üzvü olan ölkələrin liderləri və ABŞ prezidenti Co Baydenin iştirakı ilə  Brüsseldə keçirilən toplantıda bütün mümkün ssenarilər müzakirə ediləcək.

Görüş bağlı qapılar arxasında, köməkçilər və mobil telefonlar olmadan keçiriləcək və bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bütün NATO başçılarının ilk görüşü olacaq.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol