• $
  • €
  • ₽
  • ₺
  • £

“İstəsəm, Rusiya ordusu 2 günə Kiyevi tutar” – 8 il əvvəlki hədə

“İstəsəm, Rusiya ordusu 2 günə Kiyevi tutar” – 8 il əvvəlki hədə
28.03.2022 15:59
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbassda gedən müharibə zamanı Ukrayna prezidenti Petr Poroşenkonu "istəsəm Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.


Virtualaz.org xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu "Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.


Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. 


"Əgər istəsəm Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsu, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, - Putin Poroşenkonu hədələyib.


Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi. Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın "Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək


"Əgər biz Ukraynaya dəstək verməsək bu müharibə Ukrayna ilə bitməyəcək”, - o bildirib.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol