• $
  • €
  • ₽
  • ₺
  • £

G7 üzvü olan ölkələr Putinə "yox" dedi

G7 üzvü olan ölkələr Putinə
28.03.2022 17:26
G7 üzvü olan ölkələr martın 28-də  Rusiya prezidenti Vladimir Putinin qazın rublla ödənilməsi tələbini rədd edib.


"Bütün G7 üzvü olan ölkələrin nazirləri bu tələbi birtərəfli verilmiş qərar hesab edir və açıq şəkildə müqavilənin pozulması kimi dəyərləndirirlər",  - G7-yə sədrlik edən Almaniyanın iqtisadiyyat naziri Robert Habeck deyib. 


Xabekin fikrincə, Rusiyanın belə tələb qoyması "quyruğunun qapı arasında qalmasına" dəlalət edir. 


"Rublda ödəniş qəbuledilməzdir və... biz şirkətləri Putinin tələbini yerinə yetirməməyə çağırırıq”, - o əlavə edib.


Bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov Avropanın təbii qazın  pulunu rublla ödəməkdən imtina edəcəyi təqdirdə Moskva nə edəcək sualına cavabında bildirib ki, "problemləri onlar yarandıqca həll edəcəyik.  Bir şey birmənalıdır ki, qazı pulsuz verməyəcəyik".


Rusiya prezidenti Vladimir Putin keçən həftə bundan sonra rəsmi Moskvanın "dost olmayan ölkələrə” ixrac edilən  qaz üçün ödənişləri rublla alacağını  söyləyib. Martda Rusiyanın Ukraynaya təcavüzündən sonra tətbiq edilən sanksiyalara cavab olaraq belə ölkələrin siyahısı genişləndirilib. Siyahıya  50-ə yaxın ölkənin adı daxil edilib.  


 N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol