• $
  • £

27 gün ərzində Mariupolda 5 min sakin həlak olub

27 gün ərzində Mariupolda 5 min sakin həlak olub
28.03.2022 23:22
Rusiya hərbçilərinin 27 gün sürən mühasirəsi zamanı Ukraynanın Mariupol şəhərində 5 min sakin, o cümlədən 210 uşaq  həlak olub,  Bunu  Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib. 

Boyçenkonun sözlərinə görə, Mariupolda 170 minə yaxın sakin hələ də mühasirədə qalmaqdadır. "140 min nəfər mühasirə başlamazdan əvvəl şəhəri tərk edə bilib, daha 150 min nəfər isə blokada başlayandan sonra təxliyə olunub. 30 min Mariupol sakini  isə  Rusiya Federasiyasına və ya qondarma  Donbass respublikaları gedib", - Boyçenko bildirib. 
 
Şəhərdəki binaların 90%-i zədələnib. Çoxmərtəbəli yaşayış binalarının 40%-i tam dağılıb. Yeddi xəstəxanaya ziyan dəyib, onlardan üçü tamamilə dağılıb.


Bu arada Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev RBC-yə bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Mariupoldadır. Bu barədə Kadırovun çeçen döyüşçülərlə birlikdə otaqda çəkilmiş fotosunu dərc edən RİA Novosti məlumat yayıb.


Dudayevin sözlərinə görə, Kadırov şəhərə "söhbət etmək, oğlanların əhval-ruhiyyəsini yüksəltmək, əlavə texniki avadanlıqla təmin etmək, Mariupolun azad edilməsi üçün növbəti bir neçə gün ərzində gələcək fəaliyyət strategiyasını tənzimləmək və yekunlaşdırmaq üçün gəlib".


Bazar ertəsi səhər saatlarında Kadırovun Telegram-kanalında dağıdılmış Mariupoldan video paylaşılıb.


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol