“Taliban” Avropaya ilk dəfə mal ixrac etdi
Əfqanıstanda hakimiyyətdə olan "Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac edib, bu barədə TRT Haber məlumat yayıb.
Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən "Lapis-Lazuli” marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.
Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri 5 milyon ABŞ dolları qiymətləndirilir.
"Taliban" Əfqanıstanda hakimiyyəti 2021-ci il avqustun 15-də ələ keçirib. "Taliban" daha əvvəl 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub və ölkədə İslam qanunlarının sərt formasını tətbiq edib.
Taliban hakimiyyəti İslam şəriət qanununun sərtləşdirilmiş qaydalarına əsalanıb. İctimai edamlar və şallaq vurulması Taliban dövründə adi hallar idi, qadınlara isə əsas etibarilə işləmək və ya oxumaq qadağan olunmuşdu və onlar ictimai yerlərdə bürqə taxmaq məcburiyyətində idilər. Taliban Qərb kitabları və filmlərini qadağan etmiş və digər ənənələrə aid olan mədəni abidələri, o cümlədən mərkəzi Bamiyan vadisində yerləşən 1500 illik nəhəng Budda heykəllərini məhv etmişdi.

Ləman Qasımova
www.anews.az