• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb

İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb
29.03.2022 11:11
Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb. Danışırlar Dolmabaxça sarayında keçirilir.  Bu barədə BBC xəbər verir. 
 
Ukrayna nümayəndə heyətinə Ukrayna prezidentinin müşaviri Mixail Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim "Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Arxamiya daxildir.
 
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
 
Görüşün əvvəlində  Medinski və Arxamiya təkbətək görüşüblər. 
 

 
İş adamı Roman Abramoviç Rusiya ilə Ukrayna arasında danışıqların aparıldığı Dolmabağça sarayındadır.

Rusiyanın dövlət agentliyi RİA Novosti xəbər verir ki, Abramoviç Türkiyə prezidenti Ərdoğan və Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə görüşüb. 

Bundan əvvəl Wall Street Journal öz mənbələrinə istinadən yazıb ki, Abramoviç və Ukrayna tərəfini danışıqlarda təmsil edən nümayəndələrdə martın 3-də baş tutan görüşdən sonra  zəhərlənmə əlamətləri aşkarlanıb. 
 
 

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.

İki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində  keçirilib.
 
İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.
 
Ləman Qasımova
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol