Rusiya Ukraynaya qarşı əksər tələblərdən imtina etməyə hazırdır
Moskva müharibənin əvvəlində Kiyevə təqdim etdiyi tələblərin əksəriyyətindən imtina etməyə hazırdır. Bunu "Financial Times” yazıb.
"Rusiya artıq "demilitarizasiya”, "denazifikasiya” və rus dilinin statusunun təminatında təkid etmir və Ukraynanın Avropa İitifaqına qoşulması və onun təhlükəsizliyinin çoxtərəfli təminatı ilə razılaşmağa hazırdır", - qəzet yazıb.
FT-ə görə, bu barədə qəzetə Rusiya-Ukrayna danışıqlarının gedişi barədə məlumatlı olan dörd mənbə məlumat verib.
Bəs Rusiya hansı tələbində təkid edir sualına cavabında FT mənbəyi bildirib ki, hazırda Rusiyanın Ukraynadan əsas tələbi NATO-ya daxil olmaq planından imtina etməsidir.
"Rusiya Ukraynanın NATO-ya daxil olmaq planlarından imtina etməsində, üçüncü ölkələrin hərbi bazalarının Ukrayna ərazisində yerləşdirilməməsində israr etməkdədir və Ukraynanın nüvə silahı yaratmağa cəhd etməyəcəyinə dair zəmanət istəyir", - qəzet yazır.
Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi təcavüzə başlayıb. Bu dövr ərzində Ukraynanın ən böyük şəhərləri artilleriya atəşinə tutulib, 2 milyondan çox adam qaçqın düşüb. ABŞ və müttəfiqləri Rusiyaya qarşı ən kəskin samksiyalar tətbiq ediblər.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər