• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyev ətrafında təhlükə sovuşub - Arestoviç

Kiyev ətrafında təhlükə sovuşub  -  Arestoviç
29.03.2022 13:39
Rusiya Kiyevə hücum edə bilməyəcək. Bunu Ukrayna prezidenti ofisinin müşaviri Aleksey Arestoviç bildirib. 
 
"Rusiyanın Kiyevə  hücumu müşahidə olunmur. Əslində bu, çox gülməli olardı. Amma biz də onları mühasirəyə almamışıq. Orada ağır ağır döyüşlər gedir",  -  Arestoviç deyib. 

O həmçinin bildirib ki, Kiyev ətrafı çox mürəkkəb relyefə malikdir. "Şəhər  çay,  dərələr, yarğanlar, meşələrlə əhatə olunub. Hər şey qismən su altında qalıb, qismən minalanıb, bir sözlə keçilməz yerdir.Gərgin döyüşlər gedir. Rusiya artilleriyası atır, bizimkilər atır - biz də, onlar da itkilər veririk, burada qələbədən danışmaq hələ çox tezdir. Orada heç kim bir birini  mühasirəyə almayıb, nə də məhv etməyib - yarımmühasirə şəraitidir. Hələ hərbi uğura nail olunmayıb",  - Arestoviç vurğulayıb. 

onun sözlərinə görə, Rusiya  Kiyev istiqamətində qələbə çalmaq perspektivindən əllərini üzüblər.  Ona görə də o itiqamətə şəxsi heyət göndərmirlər. 

Rusiya kimyəvi və ya nüvə silahından istifadə edə bilərmi? 

Arestoviçin fikrincə,  ümumi səfərbərlik keçirməkdən  qorxan insanlar Rusiyanı nüvə müharibəsi təhlükəsi astanasına qoya bilməzlər.  

"Buna cürətləri çatmaz. Kimyəvi silahlara gəlincə, başa düşmək lazımdır ki, hərbi baxımdan onlar heç bir əhəmiyyət kəsb etmir. Bu silahlar yalnız Birinci Dünya Müharibəsində effektli ola bilərdi, o da onlardan  gözlənilmədən istifadə ediləcəyi təqdirdə. Çünki o zaman heç kim bu silahlarla necə mübarizə aparmağın mümkün olduğunu bilmirdi. Əleyhəzaqlar istifadə olunmağa başlayandan sonra onlar daha tətbiq olunmadı.  İkinci Dünya Müharibəsi illərində kimyəvi silahlardan heç bir tərəf istifadə etmədi", - Arestoviç BBC-ə deyib. 

Bununla belə o, bu məsələdə Ukraynanın ABŞ və müttəfiqlərinə ümidli olduğunu da vurğulayıb "Kimyəvi silahı Rusiya  mülki əhaliyə qarşı tətbiq etməyə hazırlaşır. Bayden bildirib ki, kimyəvi silahdan istifadə edilsə  NATO-nun müdaxilə edəcəyi mütləqdir”, - Arestoviç deyib. 

Rus xalqının üzərinə kollektiv məsuliyyət qoyula bilərmi?

Arestoviçə görə, kollektiv məsuliyyətdən söhbət gedə bilməz. 

"Konkret cinayətkarları müəyyən etmək üçün uzun illər işləmək  kollektiv məsuliyyət qoymaqdan daha yaxşıdır. Başqa tərəfdən  əgər Putin rejimi aradan qaldırılarsa o zaman Rusiya dövləti şəxsi və korporativ işlər üzrə məhkəmə proseslərinə cəlb edilməli və  məsuliyyət daşımalıdır”,  - Arestoviç bildirib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol