• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynaya müharibədə dəyən ziyanın məbləği açıqlanıb

Ukraynaya müharibədə dəyən ziyanın məbləği açıqlanıb
29.03.2022 15:31
Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Baş nazirin dediyinə görə, təkcə ölkə infrastrukturuna 120 milyard dollar ziyan dəyib.
 
"Hərbi infrastruktur da nəzərə alınsa, ziyan 270 milyard dollardan çoxdur”,- o bildirib.

Hökumət başçısı müharibə nəticəsində ölkə iqtisadiyyatının itkilərinin, yəni qoyulmayan sərmayələr, əldə edilməyən mənfəət kimi ziyanın 290 milyard dollardan çox olduğunu söyləyib.

Müharibə ucbatından Ukraynada ÜDM-in illik 35 faiz azaldığı diqqətə çatdırılıb.

Rəsmi məlumata görə, Ukraynada ÜDM 2020-ci ildə 3,8 faiz azaldıqdan sonra 2021-ci ildə 3,4 faiz artaraq 200 milyard dollara yaxındır.
 
2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.


2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.


2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Hücum bu günə kimi davam etməkdədir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol