Rus əsgərləri tərəfindən yaylım atəşinə tutulan ukraynalı qadının DEDİKLƏRİ
Rusiya iddia edir ki, Rusiya hərbçiləri mülki şəxsləri, onların yaşadıqları və işlədikləri binaları və ya insanların özlərini hədəf almır. Ukraynanın cənubundakı Zaporoje şəhərində xəstəxana çarpayısında uzanan Natalia Mykolaivna Rusiya tərəfinin bu iddiasını təkzib edir.
Amma 45 yaşlı Natalyanın başına gələnlər qəsdən, məqsədyönlü və əsassız idi. Onun hələ də sağ qalması möcüzədir. O, oğlu Nikolayın əlindən tutaraq, rus qoşunlarının hücum etdiyi ilk gün doğma şəhəri Polohıda baş verənləri təsvir edir.
"Evdən çıxdım, anam üçün narahat idim, odur ki, onu görməyə getdim. O, bizim küçənin düz yanından keçən küçədə yaşayırdı”, - deyən Nataliya ona Rusiya ordusunun birinci keçid məntəqəsindən keçməsinə necə icazə verildiyini də izah edib.
Natalya onu vuran rus əsgərinin üzünü görməyib səsini eşitməyib.
"Bir söz demədi. Üzərində Z hərfi olan tankın yanında dayanmışdılar. Onların hamısı maska taxmışdı”, - o davam etdi.
Nataliya qonşuları və ailəsi tərəfindən yaxınlıqdakı Zaporojedəki xəstəxanaya təxliyə edilib və həkimlər ona ölümdən son anda xilas olduğunu deyib.
"Həkimlər içimdə neçə güllə olduğunu demirlər. Kürək nahiyəmdən güllə yarası aldım. Burada biri var, burada da, burada da. Hər şey məhv oldu, mənim qadın orqanlarım da məhv olub” , - deyib qarnındakı güllə yarasını göstərdi.
Natalyanın sağ ayağı bükülüb və sınıb, metal çərçivə ilə bir-birinə bağlanıb. Onun dizi tamamilə parçalanıb və o, bir daha əvvəlki kimi yeriyə bilməyəcək.

Bəzi adamlar, xüsusən də gənc ailələr, nisbi təhlükəsiz olan Zaporoje və ya şəhərin qərbinə köçüb.
Ancaq bir çox yaşlı sakinlər, həkimlər və mülki müdafiə üzvləri qalıb.

Lida Vasilivnanın kiçik ferması var. Orixivin düz kənarında - şəhərin ən açıq, təhlükəli hissəsində yaşayır.
Onunla görüşəndə Lida soyuq qışdan sonra mülayim hava şəraitindən istifadə edərək tərəvəz yamacında işləyir, kartof əkir və toxum səpir.
Müharibə başlayandan bəri iki dəfə insult keçirən Lidanın xəstə əri və uşaqları bir neçə mil aralıda, kommunal sığınacaqda təhlükəsiz yerdə yerləşdiriliblər. r. Lakin o, əkinlərinə və heyvanlarına, o cümlədən qoyunlara və dovşanlara baxmaq üçün qalıb.
Lida demək olar ki,ərzaqla özünü tam təmin etdiyi üçün çox razıdır və qurduğu hər şeyi itirməmək istəyir.
Lida bungalov üslubunda tikilmiş evdə yaşayır. Amma o, orada yata bilmir. Çünki bu çox təhlükəlidir. O, harada yatdığını göstərir. Qadın çöldə, qış aylarında kartofunu və turşusunu saxladığı soyuq və nəm zirzəmidə yatır. Məhsul və bağ alətləri arasında döşək və yorğan salıb.
"Mən burada, bu bunkerdə gizlənirəm, çünki bizi bombalayır və hər tərəfdən hücuma keçirlər. Onlara nifrət edirəm, onlara nifrət edirəm... Biz sülh içində yaşayırdıq və xoşbəxt idik", - Lida göz yaşları içində dedi.
Müharibənin arzuolunmaz qonaq olduğu kiçik bir şəhərdə qalmağa qərar verən hər kəs şəraitə tez uyğunlaşır və öyrənir. Orixivin kiçik xəstəxanasının həkimləri, tibb bacıları və ilk tibbi yardım göstərən personal hərbi həkimlik və travmaların təcili müalicəsi üzrə kurs keçib. Onlar bu işin nə qədər ciddi və məsuliyyətli olduğunu anlayırlar.
Sərhədsiz Həkimlər Təşkilatının təlimçisi Giyom Barro ki, "bu, əsas triajdır, lakin kütləvi itkilər olduqda..."
Qəsəbədə uzun müddət elektrik kəsilməsi səbəbindən qaranlıqda işləyən Barronun sözlərinə görə, burada tibb işçiləri əvvəllər etmədikləri mürəkkəb işləri görməyi öyrənirlət.
"Onlar diqqəti xilas edə biləcəkləri xəstələrə necə cəmləməyi öyrənməlidilər. Hər kəs bilir ki, bu onların gözləmədiyi bir vaxtda baş verə bilər".
www.anews.az
Martın ikinci həftəsində Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynadakı mülki obyektləri hədəfə aldığını müharibə cinayəti kimi dəyərləndiriləcəyini bildirib. O vaxtdan bəri çoxlu sayda mülki əhalinin ölümü ilə nəticələnən bir xeyli qeydə alınmış hücumlar olub, onların əksəriyyəti mülki ərazilərin şiddətli atəşə tutulması nəticəsində baş verib.
Amma 45 yaşlı Natalyanın başına gələnlər qəsdən, məqsədyönlü və əsassız idi. Onun hələ də sağ qalması möcüzədir. O, oğlu Nikolayın əlindən tutaraq, rus qoşunlarının hücum etdiyi ilk gün doğma şəhəri Polohıda baş verənləri təsvir edir.
"Evdən çıxdım, anam üçün narahat idim, odur ki, onu görməyə getdim. O, bizim küçənin düz yanından keçən küçədə yaşayırdı”, - deyən Nataliya ona Rusiya ordusunun birinci keçid məntəqəsindən keçməsinə necə icazə verildiyini də izah edib.
"Sonra əllərimi havaya qaldıraraq anamın evinə getdim - əsgərlər mənə dedilər ki, artıq keçə bilərəm. Amma əsgər hərbi pulemyotdan atəş açaraq ayaqlarımı, belimdən aşağını vurdu".
"Bir söz demədi. Üzərində Z hərfi olan tankın yanında dayanmışdılar. Onların hamısı maska taxmışdı”, - o davam etdi.
Nataliya qonşuları və ailəsi tərəfindən yaxınlıqdakı Zaporojedəki xəstəxanaya təxliyə edilib və həkimlər ona ölümdən son anda xilas olduğunu deyib.
"Həkimlər içimdə neçə güllə olduğunu demirlər. Kürək nahiyəmdən güllə yarası aldım. Burada biri var, burada da, burada da. Hər şey məhv oldu, mənim qadın orqanlarım da məhv olub” , - deyib qarnındakı güllə yarasını göstərdi.
Natalyanın sağ ayağı bükülüb və sınıb, metal çərçivə ilə bir-birinə bağlanıb. Onun dizi tamamilə parçalanıb və o, bir daha əvvəlki kimi yeriyə bilməyəcək.
Nataliyanın güllələndiyi və hazırda işğal altında olan Polohı kəndi mühasirədə olan Mayrupol şəhərinə gedən yolda yerləşir. Sakimlərinin əsasən əkinçiliklə məşğul olduğu bu kənd Orixivdən bir neçə kilometr cənubdadır.

Orixov cəbhə xəttindən əvvəl Ukraynanın nəzarətində olan sonuncu kənd idi. Bu kənd həftələrlə rus mərmiləri və minaatanlarının hücumlarına məruz qalıb.
Bəzi adamlar, xüsusən də gənc ailələr, nisbi təhlükəsiz olan Zaporoje və ya şəhərin qərbinə köçüb.
Ancaq bir çox yaşlı sakinlər, həkimlər və mülki müdafiə üzvləri qalıb.

Lida Vasilivnanın kiçik ferması var. Orixivin düz kənarında - şəhərin ən açıq, təhlükəli hissəsində yaşayır.
Onunla görüşəndə Lida soyuq qışdan sonra mülayim hava şəraitindən istifadə edərək tərəvəz yamacında işləyir, kartof əkir və toxum səpir.
Müharibə başlayandan bəri iki dəfə insult keçirən Lidanın xəstə əri və uşaqları bir neçə mil aralıda, kommunal sığınacaqda təhlükəsiz yerdə yerləşdiriliblər. r. Lakin o, əkinlərinə və heyvanlarına, o cümlədən qoyunlara və dovşanlara baxmaq üçün qalıb.
Lida demək olar ki,ərzaqla özünü tam təmin etdiyi üçün çox razıdır və qurduğu hər şeyi itirməmək istəyir.
Lida bungalov üslubunda tikilmiş evdə yaşayır. Amma o, orada yata bilmir. Çünki bu çox təhlükəlidir. O, harada yatdığını göstərir. Qadın çöldə, qış aylarında kartofunu və turşusunu saxladığı soyuq və nəm zirzəmidə yatır. Məhsul və bağ alətləri arasında döşək və yorğan salıb.
"Mən burada, bu bunkerdə gizlənirəm, çünki bizi bombalayır və hər tərəfdən hücuma keçirlər. Onlara nifrət edirəm, onlara nifrət edirəm... Biz sülh içində yaşayırdıq və xoşbəxt idik", - Lida göz yaşları içində dedi.
Müharibənin arzuolunmaz qonaq olduğu kiçik bir şəhərdə qalmağa qərar verən hər kəs şəraitə tez uyğunlaşır və öyrənir. Orixivin kiçik xəstəxanasının həkimləri, tibb bacıları və ilk tibbi yardım göstərən personal hərbi həkimlik və travmaların təcili müalicəsi üzrə kurs keçib. Onlar bu işin nə qədər ciddi və məsuliyyətli olduğunu anlayırlar.
Sərhədsiz Həkimlər Təşkilatının təlimçisi Giyom Barro ki, "bu, əsas triajdır, lakin kütləvi itkilər olduqda..."
Qəsəbədə uzun müddət elektrik kəsilməsi səbəbindən qaranlıqda işləyən Barronun sözlərinə görə, burada tibb işçiləri əvvəllər etmədikləri mürəkkəb işləri görməyi öyrənirlət.
"Onlar diqqəti xilas edə biləcəkləri xəstələrə necə cəmləməyi öyrənməlidilər. Hər kəs bilir ki, bu onların gözləmədiyi bir vaxtda baş verə bilər".
Orixivdən ayrıldıqdan az sonra bizə Lidadan zəng gəldi. Sadəcə böyük bir hücum olmuşdu. Bir mərmi onun sahəsinə düşüb. Ölənlər barədə məlumat verilməyib. Sarsılmış, lakin qətiyyətli Lida sığınacağında gecələyib.
Səkinəxanım Məmmədova
www.anews.az