• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada atəşkəs üçün yetərli şərait yoxdur - Putin

Ukraynada atəşkəs üçün yetərli şərait yoxdur - Putin
31.03.2022 16:34
Rusiya prezidenti Vladimir Putin İtaliyanın baş naziri Mario Draqi ilə telefon danışığında Ukraynada atəşkəs üçün şərtlərin hələ yetərli olmadığını  bildirib. Bu barədə Mario Draqi xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. 

İtaliya baş nazirinin sözlərinə görə, o, Rusiya prezidentinə problemi həll etmək üçün Vladimir Zelenski ilə görüşməyinin vacibliyini izah etməyə çalışıb.   Ukrayna prezidenti  Vladimir Zelenski də elə münaqişənin lap əvvəlindən bunu bildirirdi. 

Amma Putin İtaliya baş nazirinə "hələ bunun vaxtı deyil" deyə cavab verib. 

Draqinin sözlərinə görə,  Putin danışıqların  kiçik addımlarla irəlilədiyinə inanır.

İtaliya baş nazirinin fikrincə,  Rusiya və Ukrayna İtaliyadan gələcək sülh müqaviləsinin bəndlərinin həyata keçirilməsinin təminatçılarından biri olmasını istəyib.

"Rusiyaya qarşı sanksiyalar işləyir, Ukrayna özünü müdafiə edərsə, sülh əldə oluna bilər, əks halda buna nail olmaq mümkün olmayacaq”, - Mario Draqi deyib. 

Bundan əlavə, İtaliya baş nazirinin sözlərinə görə, Putin ona qazın ixracı ilə bağlı  müqavilələrinin davam etdirildollar və avro ilə ödəyə biləcəklərini bildirib.

Bundan bir qədər əvvəl Rusiya Avropa qarşısında aldıqları qazın haqqını rublla ödəməyi şərt qoymuşdu. Avropa  isə qaz pulunu rublla ödəməyəcəklərini və Rusiyanın qoyduğu bu şərtin  tərəflər arasında bağlanan qaz müqaviləsinə zidd olduğunu bildirmişdilər. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol