Buçada rus əsirliyində olan qadın DANIŞDI
Buçadan olan görüntülər beynəlxalq ictimaiyyəti dəhşətə gətirib. Bunu "Reuters” xəbər agentliyinə Buçanı ələ keçirən rus əsgərlərindən sağ çıxan Tetyana adlı qadın danışıb.
O, yaşadıqlarını göz yaşları içində təsvir edərkən rus əsgərlərinin amansızlığını vurğulayıb.
"Rus əsgərləri şəhərə girdikdən sonra əsgərlər həyat yoldaşımı və məni evdən çıxarıb, mənzili ruslar özlərinə qərargah etdilər. Əsgərlər bizi binada əsir saxladılar. Ruslar şəhərə gələndə bizdən kim olduğumuzu soruşdular və sənədləri görmək istədilər. Çeçenistandan olan bir kişi bizi kəsməklə hədələdi. Dörd gündən sonra məni buraxdılar, amma günlərlə ərimi hər yerdə axtardım. Sonradan ərimin cəsədini və onunla bərabər mənzilin zirzəmisində bəzi cansız cəsədlər gördüm"- qadın söylədi.
Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.


Aytac Zeynalova
www.anews.az