Ukrayna Rusiyanın itkilərini açıqladı
Ukrayna Rusiya işğalçılarının şəxsi heyyətinin itki sayının 18.3 min nəfər olduğunu açıqlayıb,bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumatda bildirilib.
Bildirilib ki, hücum edən tərəfin 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 92 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Baş Qərargahın digər bir məlumatına görə Rusiya gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı müharibəyə 60 minə yaxın adamı cəlb etmək niyyətindədir. Düşmən bölmələri onilliklər ərzində istifadə olunmayan köhnəlmiş texnika ilə təchiz etməyi planlaşdırır.
Gülnar Nazimqızı
www.anews.az