Ukraynada kilsə həyətindəki kütləvi məzarlıq peykdən görüntülənib- FOTOLAR
Ukraynanın paytaxtı Kiyevin 37 kilometrliyindəki Buçadakı kilsənin həyətində kütləvi məzarlıq aşkarlanıb. Bu barədə Agence France-Presse (AFP) müxbiri məlumat verib.
Bildirib ki, ilk dəfə peyk vasitəsilə görüntülənən kütləvi məzarlıq martın 10-da qazılmağa başlanılıb.
Agence France-Presse (AFP) müxbirinin sözlərinə görə, cəsədlər demək olar ki, tanınmaz vəziyyətdə idi. Öldürülənlər yaxın məsafədən vurulmuşdu.
"Cəsədlərdən 9-u rus işğalçılarının baza kimi istifadə etdiyi binanın ətrafına səpələnib və onların hamısı mülki geyimdə olub. Onlardan ikisinin əli arxadan bağlanıb, biri başından güllə yarası alıb, digərinin isə ayaqları bağlanıb. Təxminən 15 metr uzunluğunda olan kütləvi məzarlıqda mülki qurbanların bəzilərinin başları, bəzilərinin əlləri və ayaqları açıq vəziyyətdə idi"- jurnalist bildirib.




www.anews.az