• $
  • £

ABŞ-dan çağırış - Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılsın

ABŞ-dan çağırış -  Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılsın
04.04.2022 21:44
Amerika Birləşmiş Ştatları Rusiyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqlar Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq. Bu barədə CNN məlumat yayıb. 

"Rusiyanın İnsan Haqları Şurasında iştirakı gülməli haldır. Bu, şuranın və Birləşmiş Millətlər Təşkilatının imicimə böyük zərbə vurur. Bu yanlışdır və  inanırıq ki, Təşkilatın Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Ukrayna, Avropa ölkələri və BMT-dəki digər tərəfdaşlarımızla birlikdə biz Rusiyanın BMT İnsan Haqları Şurasından kənarlaşdırılmasına çalışacağıq”, - qeyd olunub.

Rusiyanın Cenevrədə yerləşən şuradan çıxarılması üçün BMT Baş Assambleyasının 193 üzvündən azı üçdə ikisinin dəstəyi lazımdır. Ölkənin üzvlükdən çıxarılma təklifi üzvlük müddətində insan haqlarının davamlı olaraq kobud və sistematik şəkildə pozuntulara yol verdiyi aşkar edildiyi halda irəli sürülə bilər.

Hazırda şurada üç illik fəaliyyətinin ikinci ilində olan Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb.

 
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt tərəfindən qurulan 18 üzvlü bir qurumdur. Komitə, ildə üç dəfə; 4 həftəlik iclaslarda toplanır. 172 dövlətin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına uyğunluğu və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının Birinci Seçki Protokoluna əsasən 116 dövlət partiyasının fərdi müraciətləri ilə əlaqəli hesabatlar hazırlayır. Komitə BMT-dəki 10 insan hüquqları təsisatından biridir, hər biri ayrıca bir razılaşma yerinə yetirməlidir.
 
Ləman Qasımova 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Lavrov Qazaxıstana səfər edib
Dünya 23:26
Lavrov Qazaxıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol