Danimarka Rusiya diplomatlarını ölkədən çıxarır
Danimarka 15 Rusiya diplomatını ölkədən çıxarır. Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Buna səbəb isə Ukraynanın Buça şəhərində rus ordusunun həyata keçirdiyi kütləvi qətliamlar və müharibə cinayətləridir.
Sözügedən 15 diplomatın ölkədən xaric ediləcəyi bildirilir.
Danimarkanın bu addımına Kremldən reaksiya gecikməyib. Bildirilib ki, danimarkalı diplomatlara qarşı da eyni addım atılacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin Danimarkanın bu addımının cavabsız qalmayacağını söyləyib
"Bu ölkənin diplomatlarına qarşı müvafiq tədbirlər görüləcək” - Zaxarova bildirib.
İtaliya Xarici İşlər Nazirliyi də Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
Rusiya Ukraynaya fevralın 24-dən hücuma başlayıb. Həmin tarixdən bir çox ölkələr Rusiyaya müxtəlif istiqamətlərdən sanksiya tətbiq edir.
Aytac Zeynalova
www.anews.az