• $
  • £

Nazir Mariupoldakı təxliyələrlə bağlı açıqlama verib

Nazir Mariupoldakı təxliyələrlə bağlı açıqlama verib
05.04.2022 14:40
Mariupolda Türkiyə və digər ölkə vətəndaşlarının dəniz vasitəsilə təxliyəsi üçün gəmi dəstəyi verə bilər. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnastlərin suallarını cavablandırarkən bildirib.
 
"Ukraynaya humanitar yardımın çatdırılması, eləcə də digər ölkələrin vətəndaşlarının, xüsusən də Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə Türkiyəyə təxliyə edilməsini təmin etmək üçün Rusiya və Ukrayna hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işi davam etdiririk.
 
Qısa müddətdə müsbət irəliləyişlər gözləyirik, buna ümid edirik”, - nazir vurğulayıb.
 
Mariupol şəhərinin meri Vadim Boyçenko mətbuat konfransında bildirib ki, əhərinin mövcud infrastrukturunun 90 faizi dağıdılıb, onun 40 faizi də bərpa oluna bilməz.
 
Mer Mariupola gələn bütün humanitar yüklərin Rusiya hərbçiləri tərəfindən əngəlləndiyini də qeyd edib. Onun dediyinə görə, şəhər sakinlərinin təxliyəsi üçün göndərilən avtobusların heç biri gəlib çıxmayıb.

"Hazırda şəhərdə 100 mindən çox əhali təxliyə olunmalıdır. Bunun üçün hər şey edirik, amma mümkün deyil”, - Mariupol meri əlavə edib.

Müharibənin ilk günlərindən Rusiya qüvvələrinin təcavüzünə məruz qalan Ukraynanın Mariupol şəhərində humanitar faciə baş verir. Şəhərdə mühasirədən dolayı davam edən aclıq, susuzluq fonunda insanlar mütəmadi bombardımandan səbəbindən qəbiristanlığa gedə bilmir və həlak olan yaxınlarını şəhərin küçələrində, evlərin həyətlərində dəfn etməli olurlar.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası”, habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub və şimal istiqamətlərdən hücuma başlayıb. 
 
Hücum bugünə kimi davam edir. 
 
Aytac Zeynalova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Lavrov Qazaxıstana səfər edib
Dünya 23:26
Lavrov Qazaxıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol