• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qarşı Aİ-nin tətbiq etdiyi sanksiyalar hansılardır?

Rusiyaya qarşı Aİ-nin tətbiq etdiyi sanksiyalar hansılardır?
05.04.2022 18:03
Avropa İttifaqının Rusiyaya tətbiq edəcəyi sanksiyaların əhatə edəcəyi sahələri açıqlayıb. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen paylaşım edib. 
 
"Rusiya Ukaynanın dinc əhalisinə qarşı qəddar, amansız müharibə aparır. Bu gərgin məqamda təzyiqləri davam etdirmək lazımdır. Bu gün beşinci sanksiyalar paketini təklif edirik. Beləliklə, Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyulmasını, Rusiyanın 4 əsas bankında, o cümlədən Rusiyanın 2-ci ən böyük bankı olan VTB-də tam əməliyyat qadağası qoyulmasını, Rusiya və Belarus gəmilərinin Avropa İttifaqı ölkələrinin limanlarına çıxışının yasaqlanmasını, həmin ölkələrin avtomobil nəqliyyatı operatorlarına qadağan olunmasını, mühüm sahələrdə 10 milyard avro dəyərində əlavə ixrac qadağalarının tətbiq olunmasını təklif edirik”- öz tviter hesabında qeyd edib.
 
Bundan əvvəl də, Avropa İttifaqı(Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya əleyhinə yeni şəxsi və iqtisadi sanksiyalar paketini təqdim edib. Sözügedən sənəddə Aİ-nin məşhur iş adamı Roman Abramoviç və Rusiyanın bir sıra biznesmenlərinə qarşı sanksiyalar yer alıb. Bundan başqa "Pervıy kanal"ın direktoru Konstantin Ernst, "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev, rusiyalı jurnalist Artyom Şeyn Aİ-nin sanksiyaları altına alınıb. Həmçinin Rusiya İstehsalçılar və Sahibkarlar Birliyinin rəhbəri Aleksandr Şoxin də sanksiyalar siyahısına daxil edilib. Rusiya ilə dəmir və polad ticarətinə də məhdudiyyətlər qoyulub, nüvə enerjisi istisna olmaqla, ölkənin enerji sektoruna investisiyalar qadağan edilib.
 
Avropa İttifaqı 1992-cü ildə Maastrixt sazişi ilə təsis edilib. Bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.


Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol