Nikolayev hücuma məruz qaldı - Ölənlər və yaralılar var
Bu gün Rusiya hərbçilərinin Ukraynanın Nikolayev şəhərini atəşə tutması nəticəsində 12 nəfər həlak olub,40-dan çox mülki şəxs yaralanıb,bu barədə Nikolayev prokrorluğundan məlumat verilib.
Prokrorluğun məlumatına görə Rusiya hərbçiləri Nikolayevin yaşayış məntəqələrini atəşə tutub. Hücumlar nəticəsində yaşayış binalarına və şəxsi avtomobillərə habelə mülki infrastruktura,o cümlədən xəstəxanalara ziyan dəyib.
Nikolayev şəhəri bundan əvvəl də Rusiya hərbçiləri tərəfindən hücumlara məruz qalıb. Şəhərin meri Aleksandr Senkeviç bildirib ki, ondan çox uşaq baxçası və məktəb atəşə tutularaq yararsız vəziyyətə salınıb.
Rusiya fevralın 24-dən etibarən Ukrayna ərazisində hərbi əməliyyatlar keçirir. Nəticədə 4 milyondan çox insan başqa ölkələrə qaçqın kimi gedib. Bir çox şəhərlər tamamilə yararsız hala salınıb. Hazırda Rusiya Ukrayna ərazisində hərbi əməliyyatları davam etdirir. (BBC)
Gülnar Nazimqızı
www.anews.az