• $
  • £

Əhali Kiyevə hələ qayıtmır

Əhali Kiyevə hələ qayıtmır
06.04.2022 15:52
Kiyev merinin sərəncamına əsasən Ukrayna paytaxtında hərbi vəziyyət dövründə meşələrə getmək qadağan edilib.  Bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb. 

Əhaliyə bildirilib ki, hərbi vəziyyət dövründə Kiyev ətrafı meşələrə tək-tək və ya avtomobillə getmək, həmçinin texnika salmaq olmaz. 
 
Yalnız Ukrayna Silahlı Qüvvələri, Ukrayna Dövlət Sərhəd Xidməti, Dövlət Xüsusi Nəqliyyat Xidməti, Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti, Ukrayna Milli Qvardiyası, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən istifadə edilən avtomobil və texnikanın meşəyə girməsinə icazə verilib. 
 
Müvafiq qadağa xüsusilə meşələrdə real yanğın təhlükəsinin qarşısını almaq və onların nəticələrini minimuma endirmək məqsədi ilə tətbiq edilib. 
 
Martın 20-dən Kiyev vilayəti üzrə də analoji qərar qəbul edilib. Ukraynalılara tank əleyhinə, piyada əleyhinə minaların meşələrdə basdırılması, eləcə də düşmən qoşunlarının Kiyev ətrafından çıxandan sonra məftilli tələlər qurması  barədə xəbərdarlıq edilib. 
 
Kiyev ətrafında yaşayanlar evlərinə qayıda bilərmi? 
 
İşğalçılardan azad edilmiş Kiyev ətrafı qəsəbələrinin sakinlərinə də öz evlərinə ən azı 1 həftə qayıtmamaq tövsiyə edilib. Kiyev sakinlərinin də evlərinə qayıtması məsləhət görülmür. 
 
Bununla belə Kiyevdə quru nəqliyyatın işi bərpa olunub.  Bu gündən etibarən şəhərdə təxminən 150 avtobus və 30 tramvay uyğun marşrutlar üzrə sərnişin daşımağa başlayıb.
 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Lavrov Qazaxıstana səfər edib
Dünya 23:26
Lavrov Qazaxıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol