Ukrayna rekordçusu Xerson uğrunda döyüşlərdə həlak olub
Ukraynanın atletika üzrə rekordçusu Anatoli Zeruk 55 yaşında Xerson uğrunda döyüşlərdə həlak olub. Bu barədə idmançının Vinnitsa vilayətinin Atletika Federasiyasının saytı məlumat yayıb.
www.anews.az
Bildirilir ki, Xerson vilayətinin Oleşki uğrunda döyüşdə həlak olub.
Yaşının çox olmasına baxmayaraq, 2019-cu ildə Anatoli Ukrayna Silahlı Qüvvələrinə qoşulub və baş serjant rütbəsində xidmət edib.
Yaşının çox olmasına baxmayaraq, 2019-cu ildə Anatoli Ukrayna Silahlı Qüvvələrinə qoşulub və baş serjant rütbəsində xidmət edib.
Ukrayna Prezidentinin fərmanı ilə o, "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və fədakar fəaliyyətə, hərbi anda sədaqətinə görə” III dərəcəli "İgidliyə görə” ordeni (ölümündən sonra) ilə təltif edilib.
Anatoli Zeruk 27 noyabr 1967-ci ildə Jitomir vilayətinin Ovruç rayonunun Poyaski kəndində anadan olub. 1993-cü ildən atletika üzrə Ukrayna çempionatlarında, 1996-2005-ci illərdə isə marafonlarda iştirak edib. O, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq yarışların dəfələrlə qalibi və mükafatçısıdır - xüsusən 1999-cu ildə Enşede marafonunda qalib gəlmiş, 2004-cü ildə isə Strasburqda ən yaxşısı olmuşdur. 1998-ci ildə Hamburqda keçirilən marafon yarışında o, məsafəni 2:11:50 saniyəyə qət edərək, Ukrayna rekordunu yeniləyib.
Həmçinin tanınmış boksçu və uşaq məşqçisi Aleksey Djunkovski İrpində idman zalında güllələnib , futbolçu Aleksandr Suxenko və valideynlərinin cəsədləri Buça yaxınlığındakı kütləvi məzarlıqda tapılıb.
Aytac Zeynalova
www.anews.az