• $
  • £

Çinin neft zavodları Rusiya ilə müqavilələrdən imtina edir

Çinin neft zavodları Rusiya ilə müqavilələrdən imtina edir
06.04.2022 18:05
Çinin dövlət neft emalı zavodları Rusiya ilə yeni müqavilələrdən imtina edir. Bu barədə Reuters xəbər saytı məlumat yayıb.
 
Onlar mövcud müqavilələrdəki şərtləri yerinə yetirəcəklər.
 
Bildirilir ki,  Çinin dövlət neft emalı şirkətləri Rusiyadan yeni malların göndərilməsindən imtina edib. Onlar Pekindən məsləhət alır və Qərbin sanksiyaları qarşısında Rusiya Federasiyası ilə əməkdaşlıqda ehtiyatlı davranırlar. Dövlət şirkətləri ABŞ və Aİ-nin "Rosneft" və "Qazprom"la bağlı məhdudiyyətlərindən sonra Moskvaya açıq dəstək verən kimi görünmək istəmirlər.
 
Həmçinin Çinin dövlət şirkətləri Rusiya neftinin emalı üzrə uzunmüddətli mövcud müqavilələrinə əməl edəcəklər. Lakin qiymətlərin aşağı olmasına baxmayaraq, yeni yerlər açmağı düşünmürlər.
 
Çin Rusiya üçün ən böyük neft idxalçısıdır. O, gündə 1,6 milyon barel neft alır ki, bunun da yarısı mövcud müqavilələrə əsasən boru kəmərləri vasitəsilə çatdırılır. Rusiyadan neft idxalının azalmasının Çini alternativ mənbələr axtarmağa sövq edəcəyini ehtimal edir.  Martın əvvəlində Brent markalı neftin qiymətini bir barel üçün təxminən 140 dollara qədər 14 ilin ən yüksək səviyyəsinə çatdıran qlobal tədarük problemlərini daha da gücləndirə bilər.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi fevralın 24- də başladı. İşğalçılar təkcə hərbi hissələri, hava limanlarını və digər strateji obyektləri ələ keçirmir, həm də mülki əhaliyə, şəhərlərin hündürmərtəbəli binalarına atəş açıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Lavrov Qazaxıstana səfər edib
Dünya 23:26
Lavrov Qazaxıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol