• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Britaniyadan zirehli texnika alacaq

Ukrayna Britaniyadan zirehli texnika alacaq
07.04.2022 11:34
Ukrayna Böyük Britaniyadan  "Mastiff” və  "Çakal”  zirehli texnika alacaq. Bu barədə The Times məlumat verir.
 
Britaniya Müdafiə Nazirliyi hesab edir ki, "Mastiff” tipli zirehli maşınlar kəşfiyyat və uzaq məsafəli patrul kimi istifadə edilə bilən nəqliyyat vasitəsidir.
 
Mastiff BTR-nin iki yan qapıs var və 6-8 nəfərlik tam təchiz olunmuş hərbçi üçün nəzərdə tutulub. Texnika   7,62x51 mm çaplı atıcı silahlardan və döyüş sursatı parçalarından qorunmanı təmin edə bilir.
 
Eyni zamanda həmin texnikadan istifadə bacarıqlarını öyrətmək üçün britaniyalı hərbçilə  Ukraynaya  göndəriləcək. Tank əleyhinə və zenit raketləri də daxil olmaqla əlavə dəstək barədə məumatı Böyük Britaniya  yaxın günlərdə açıqlayacaq.
 
Böyük Britaniyanın baş naziri Boris Conson Odessanı qorumaq və Rusiya prezidenti Vladimir Putinin Ukraynanın cənubunda planlarını pozmaq üçün Ukraynaya silah ixrac  etmək niyyətində olduğunu bildirib.
 
Aprelin 3-də Ukrayna prezidenti  Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya yeni müdafiə yardımı paketi ilə bağlı  razılığa gəliblər. 
 
Zelenski bildirib ki Böyük Britaniyanın dəstəyi açıq şəkildə hiss olunur. O, Britaniyanın Ukraynaya yeni müdafiə dəstəyi və yeni paketi haqqında razılığa gəldiklərini təsdiqləyib.
 

 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol