• $
  • €
  • ₽
  • ₺
  • £

Acer, Komatsu və Dr Oetker Rusiyanı tərk etdilər

Acer, Komatsu və Dr Oetker Rusiyanı tərk etdilər
08.04.2022 17:35
Tayvanın texniki avadanlıq istehsalçısı olan Acer Rusiyadakı fəaliyyətini müvəqqəti dayandırıb.  Bu barədə bəyanat verən şirkət rəhbərliyi qrarın Ukraynanın Rusiya tərəfindən işğalı ilə izah edib. 

Bundan əlavə, iri tikinti avadanlığı istehsalçısı Komatsu Rusiyaya dağ-mədən avadanlıqları və ehtiyat hissələrinin ixracını  dayandırmaq qərarına gəlib. Şirkət ölkənin istehsalat müəssisələrində hidravlik ekskavator və özüboşaanl maşınların istehsalını dayandıra bilər.

Cümə günü qida məhsulları istehsal edən Almaniyanın Dr Oetker şirkəti də Rusiya bazarından tamamilə çıxdığını elan edib. Şirkət Belqoroddakı zavodlarını Rusiyanın idarəetmə şirkətlərinə satacağını bildirib. Əvvəllər şirkət Rusiya törəmə müəssisəsinə bütün ixracı və investisiyaları dayandırıb.

Dr Oetker hazır dondurulmuş qidaların, həmçinin Rusiya mağazalarında satılan maya, mayalandırıcı maddələr və digər çörək istehsalı üçün lazımi  məhsullarının əsas istehsalçılarından biridir. Şirkət Rusiya bazarında 1993-cü ildən fəaliyyət göstərir.
 
Rusiyanın Ukraynaya hər bi müdaxiləsi 2022-ci il fevralın 24-dən başlayıb. O tarixdən etibarən onlarla şirkət Rusiya bazarını tərk edib. Onların arasında McDonalds, Starburk, Boing, Apple, HP kimi şirkətlər var. ABŞ vəmütəfiqlərinin sanksiyaları altına isə başda Rusiya prezidenti Vladimir Putin olmaqla yüzlərlə Rusiya məmuru və oliqarxı düşüb.   
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol