• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna şərqdə həlledici döyüşə hazırlaşır - Zelenski

Ukrayna şərqdə həlledici döyüşə hazırlaşır - Zelenski
10.04.2022 09:14
Ukrayna silahlı qüvvələri  ölkənin Rusiya qoşunlarının yığışdığı  şərq və cənubunda mühüm döyüşə hazırlaşır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə gələn Avstriya kansleri Karl Neqammerlə danışıqlardan sonra keçirdiyi brifinqdə bildirib. 

Onun açıqlamalarından əsas sitatları təqdim edirik:

- "Ukrayna hər zaman bildirib ki, istənilən danışıqlara hazırdır və müharibəni dayandırmaq üçün hər cür yol axtaracaq”.

 - "Təəssüf ki, biz əyalətimizin şərqində mühüm, bəzilərinin fikrincə, həlledici döyüşə hazırlaşırıq. Bu döyüşün nəticələri barədə proqnoz vermək məsuliyyətini öz üzərimə götürmək istəmirəm. Amma mən dövlətimizi qorumaq  və davamlı olaraq nümayiş etdirdiyimiz mübarizə ilə bağlı məsuliyyətli üzərimə götürürəm”.

- "Biz bilirik  ki, əsas məsələ Xarkovdur,  Zaporojye,  Xerson vilayəti və şərqdədir.  Biz bu gün rus qoşunlarının toplaşdığını hər yerdə müşahidə edirik".
 
- "Prosesin necə davam edəcəyi çox faktordan asılıdır. Mariupol dpzür, Mariupol dözəcəkmi? Bizim orada olan silahlı qüvvələrimiz  ən güclülərdən biridir. Onlar və dövlətimiz üçün bu böyük sınaqdır. Bu gün onların ətrafında 10 min rusiyalı hərbçi var. Mariupolu saxlasaq, bu 10 minlik qoşun Mariupol ətrafında qalacaq  və şərqə irəlilyə bilməyəcək”.
 
- "Çətin döyüş olacaq, biz öz mübarizəmizə inanırıq, qələbəmizə inanırıq. Ona görə də döyüşməyə hazırıq və bu müharibəni dayandırmaq üçün bu və ya digər diplomatik yollar axtarmağa da hazırıq. Hələlik. Hələlik, biz "paralel dialoq”dan danışırıq!".

Rəsmi Kiyev və Qərb dövlətləri Rusiya qüvvələrinin Ukraynanın şimalından çıxarılmasını geri çəkilmə deyil, yeni hcuma hazırlıq planı kimi dəyərləndirir. Odur ki,  Ukrayna Rusiyanın Donbasda genişmiqyaslı hücumuna qarşı müdafiəyə hazırlaşır. 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, "Donbass uğrunda döyüşdə”  Ukrayna "minlərlə” zirehli texnikanın, eləcə də artilleriya və aviasiyadan istifadə ediləcəyini gözləyir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol