• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada Makron liderliyini qoruyur - YENİLƏNİB

Fransada Makron liderliyini qoruyur -  YENİLƏNİB
11.04.2022 09:13
Fransanın hazırkı prezidenti Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 25,05 faiz səs toplayıb.

Eyni zamanda, ölkənin paytaxt bölgəsində bülletenlərin 45 faizini emal etdikdən sonra Makron 30,41 faiz səslə öndədir.

*****
Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərində səslərin 80 faizini hesablayıb.

Ölkənin hazırki Emmanuel Makron səslərin 27,31 faizini toplayıb. Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə seçici səslərinin 25,70 fazini əldə edə bilib.

Bununla yanaşı, Jan-Lük Melanşon seçicilərin 19%-nin səsini toplaya bilib.

****
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.

Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.

"İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.

Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək. İkinci tur aprelin 24-nə planlaşdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol