• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistanın baş naziri Rusiya-Ukrayna müharibəsindən danışdı

Hindistanın baş naziri Rusiya-Ukrayna müharibəsindən danışdı
11.04.2022 22:20
Hindistanın baş naziri Narendra Modi Putin və Zelenskini birbaşa danışıqlara çağırıb. O, bu barədə ABŞ prezidenti Co Baydenlə söhbəti zamanı bildirib

 Modi deyib ki, o, birbaşa danışıqlar aparmaq üçün Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskiyə dəfələrlə müraciət edib.
 
 "Buchada günahsız mülki şəxslərin öldürülməsi ilə bağlı son xəbərlər böyük narahatlıq yaradıb. Biz bunu dərhal pislədik, həm də qərəzsiz araşdırma tələb etdik. Ümid edirik ki, Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə sülhə gedən yol tapılacaq”,o qeyd edib.
 
Martın sonunda Bayden bildirmişdi ki, Hindistanın baş naziri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı qeyri-sabit mövqe tutur. İndiyədək Hindistan BMT-də Rusiyanın hərəkətlərini pisləməkdən imtina edib və hələ də sanksiyalar tətbiq etməyib.
 
Fevralın 24-dən etibarən Rusiya Ukraynada hərbi əməliyyatlar keçirir. Bir çox Avropa ölkələri o cümlədən Amerika Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol