• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedçukun bu əmlakları müsadirə olunub

Medvedçukun bu əmlakları müsadirə olunub
14.04.2022 12:55
Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqi, oliqarx və müxalif siyasətçi Viktor Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun daha 154 daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bu barədə Ukrayna mediasında məlumat verilib.
 
Müsahidə olunan əmlakların sırasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta var.

Həmçinin, benefisiar sahibi Medvedçuk və onun həyat yoldaşı 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib.

Bundan əvvəl məhkəmə artıq Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına həbs qoyub.
 
Medvedçuk iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir. 2021-ci il mayın 12-də deputata işğal olunmuş Krımda milli sərvətlərin talanması, dövlətin ifşası ilə bağlı vətənə xəyanət və müharibə qanunlarını və adət-ənənələrini pozma (111 və 438-ci maddələri) şübhəsi verilib. 
 
Həmin ilin oktyabrında Medvedçuk "kömür işi” adlanan işdə (111-ci maddə və 258-3-cü maddəsinin 1-ci hissəsi) dövlətə xəyanət və terrorda şübhəli elan edilib. Dövlət İstintaq Bürosu bir qrup Ukrayna vətəndaşının müvəqqəti işğal olunmuş ərazilərdən kömür tədarükü və "LNV” və "DXR” terror təşkilatlarına yardım göstərilməsi ilə bağlı cinayəti araşdırılır. 
 
2022-ci il fevralın 27-də Medvedçukun ev dustaqlığından qaçdığı məlum olub.
 

 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol