• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" - "Şamaxı" oyununda rekord və antirekordlar qeydə alınıb

16.04.2022 17:34
"Qarabağ” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb. "Qarabağ" - "Şamaxı" oyununda rekord və antirekordlar qeydə alınıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Ağdam təmsilçisi Premyer Liqanın XXIII turunda "Şamaxı”nı 8:0 hesabı ilə məğlub edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 hesabı ilə olub. "Qarabağ” 1995/96 mövsümündə "Pambıqçı” (Neftçala), 2003/04 mövsümündə "Ədliyyə”ni bu hesabla məğlubiyyətə uğradıb. "Köhlən atlar" həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.

"Şamaxı” isə təkcə çempionat deyil, ümumiyyətlə tarixində ilk dəfə 8 top buraxaraq, həm də ən ağır məğlubiyyətinə üzülüb. 1999-cu ildən müxtəlif adlar altında çıxış edən komanda bunadək ən böyük fərqlə iki dəfə uduzub. "Xəzər Universiteti” adlanan dövrdə komanda 1999/2000 mövsümündə "Şəmkir”ə 0:6, 2000/01 mövsümündə "Kəpəz”ə 1:7 məğlub olub.

"Azersun Arena”dakı matç baş məşqçilər üçün də yaddaqalan olub. Qurban Qurbanov karyerasında ən böyükhesablı qələbəni qazanıb. "Neftçi”, "Qarabağ” və Azərbaycan millisində çalışan mütəxəssis bunadək belə fərqli qələbə qazanmayıb. "Qəbələ” və "Şamaxı”da baş məşqçi olan Sənan Qurbanov da karyerasının ən ağır yenilgisini alıb.

Premyer Liqada 8 və ya daha çox top fərqi sonuncu dəfə 2016-cı il sentyabrın 10-da qeydə alınıb. "Qəbələ” səfərdə "Neftçi”ni səkkiz cavabsız qolla üstələyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol