• $
  • €
  • ₽
  • ₺
  • £

“Böyük yeddilik” ölkələri Ukraynaya 24 milyard dollar ayırıb

“Böyük yeddilik” ölkələri Ukraynaya 24 milyard dollar ayırıb
21.04.2022 10:46
"Böyük yeddilik” ("G7”) ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədilə 24 milyard ABŞ dollarından artıq maliyyə vəsaiti ayıracaq”.
 
Bu barədə "G7”ə daxil olan ölkələrin maliyyə nazirləri yaydıqları birgə bəyanatda bildiriblər.
 
Bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar: "Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik”.
 
"Böyük yeddiliyin” nazirləri "G20”nin, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iştirakı ilə aprelin 20-də keçirilən beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatılacağını təəssüf hissi ilə qeyd ediblər: "Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar Rusiya ilə adi manevrlə davranmamalıdır”.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyanın iştirakına etiraz olaraq nazirlərin bu toplantısına qatılmayıb. Rusiyanı isə bu tədbirdə maliyyə naziri Anton Sulianov təmsil edir.
 
Bu ilin payızında "G20”nin Zirvə toplantısının İndoneziyanın Bali adasında keçirilməsi planlaşdırılıb. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz olaraq ABŞ Prezidenti Cozef Baydenin həmin toplantıya qatılmayacağı bildirilib.Reuters

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol