• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var - YENİLƏNİB

İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var - YENİLƏNİB
03.05.2022 10:53
Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 70-ə çatıb.

Onların arasında müxalifətin tanınmış fəalları da var.

Saxlanılardan biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryandır.

Müxalifət liderləri İrəvanda eyni vaxtda 20 mitinqin keçirildiyini vurğulayıblar.

******
Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.

Müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi "Müqavimət” hərəkayının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar "Həmrəylik”, "Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 

Məlumata görə, indiyədək ölkədə "Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var.
Etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.

*****
Ermənistan müxalifəti bu gün paytaxt və regional magistralları bağlamaq niyyətindədir. Bu barədə ölkə parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə saat 08:30-dan etibarən İrəvan şəhərini iflic vəziyyətinə salınacaq, küçə və yol ayrıcıları bağlayanaq. "Sürücüləri avtomobilləri saatda maksimum 15 km sürətlə sürməyə, yol kəsişmələrində gecikməyə çağırıram", - Saqatelyan deyib.

O vurğulayıb ki, bu gün müxalifət bölgələrdə də yolları bağlayacaq.

Bazar ertəsi səhər Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində İrəvanın mərkəzində küçələri bağlayan 244 nümayişçini saxlayıb. İrəvanın mərkəzindəki "Fransa” meydanına toplaşan müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol