• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə erməni və assori kilsələri bərpa edilib

Türkiyədə erməni və assori kilsələri bərpa edilib
07.05.2022 20:00
Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunda terrorçu PKK-nın uçurub dağıtdığı iki kilsə bərpadan sonra mayın 8-də dindarların istifadəsinə veriləcək. Bu barədə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi açıqlama yayıb.

Məlumata görə, PKK-nın 2015-ci ildə törətdiyi terror hücumları nəticəsində Surdakı Surp Giragos erməni və Mar Petyun kəldani (xaldey) kilsələri dağılıb.

Bu kilsələr Türkiyənin Ümumi Vəqflər İdarəsinin balansındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında 2019-cu ildə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi tərəfindən onların bərpasına başlanılıb. Bərpa-təmir işlərinə 32 milyon türk lirəsi (2 milyon 150 min dollara yaxın) maliyyə vəsaiti xərclənib.

Mayın 7-də kilsələrin açılışı olacaq.

Surp Giragos erməni kilsəsi vəqfinin sədri Ergün Ayık bildirib ki, 2010-cu ilə qədər ora xaraba vəziyyətdə olub.
 
"2012-ci ildə kilsə tamamilə bərpa olunub. Təəssüf ki, 2015-ci ildəki hadisələr zamanı kilsəyə yenidən zərər dəydi. Bu səbəbdən kilsə 2019-cu ilədək bağlı qalıb”, - o deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol