• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya - Ukrayna müharibəsinin 77-ci günü - İCMAL

Rusiya - Ukrayna müharibəsinin 77-ci günü - İCMAL
11.05.2022 10:44
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsinin 77-ci günüdür. BBC xəbər agentliyi müharibə ilə bağlı günün əsas hadisələrinin icmalını açıqlayıb.
 
Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bu paketin 23,4 milyard dolları hərbi yardım, qalanı isə humanitar və iqtisadi dəstək olacaq.
 
Pentaqon mətbuata Ukraynaya artıq çatdırılmış və ya çatdırılacaqların tam siyahısını göndərib. Siyahıya Javelins və kamikadze pilotsuz təyyarələrdən əlavə 7000-dən çox atıcı silah və 50 milyondan çox patron, həmçinin piyada əleyhinə minalar, partlayıcı maddələr, rasiyalar və s. daxildir.
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi bildirir ki, Ukraynada müharibə başlayandan 24 fevral tarixindən indiyədək 238-i uşaq olmaqla 3459 mülki şəxs həlak olub. BMT bildirir ki, məcburi köçkünlərin sayı səkkiz milyonu keçib.
 
ABŞ prezidenti Co Bayden Ağ Evdə İtaliyanın Baş naziri Mario Draqi ilə görüşüb. Liderlər Ukraynaya yardım, o cümlədən hərbi yardımı müzakirə ediblər. Draghi həmçinin sülh danışıqlarına çağırıb.
 
Almaniya hakimiyyəti Rusiyaya qarşı sanksiyalar çərçivəsində artıq Hamburq limanında dəyəri azı 400 milyon avro olan ikinci superyaxtanı saxlayıb. Almaniya mətbuatının yazdığına görə, o, əvvəllər Roman Abramoviçə məxsus olub, indi isə sanksiyalara məruz qalan azərbaycanlı əsilli rusiyalı milyarder Fərhad Əhmədova məxsusdur.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol