• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq

Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
23.05.2022 11:41
Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il mayın 12-də Ali Rada tərəfindən qəbul edilmiş "Ukraynanın bəzi qanunlarına fiziki şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyinin artırılması ilə bağlı dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb. Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qanun fiziki və ya hüquqi şəxslərə məxsus əmlakın, habelə onun birbaşa və ya dolayısı ilə sərəncamında olan əmlakın dövlətin xeyrinə tutulması yolu ilə yeni sanksiyalar növü müəyyən edir.

"İşğalçıların Ukraynaya təcavüzünü bu və ya digər şəkildə dəstəklədiyinə görə sanksiyaya məruz qalan şəxslərin aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi proseduru Ukrayna büdcəsini düşmənlərin hesabına tez və effektiv şəkildə dolduracaq. Qanun bu prosesə cavabdeh olan orqanlar üçün aydın göstərişlər verir. Mən onun bütün iştirakçılarının məhsuldar qarşılıqlı fəaliyyətinə ümid edirəm”, - Ukrayna Prezidenti bildirib.

2021-ci il aprelin 21-də Ali Radanın deputatları bu qanunun lehinə səs verib, lakin dövlət başçısı öz təklifləri ilə ona yenidən baxılması üçün parlamentə qaytarıb. Dəyişikliklər edilmiş qanun qəbul olunduqdan sonra dövlət başçısı sənədi imzalayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol