• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Çini təhdid etdi

ABŞ Çini təhdid etdi
23.05.2022 13:35
Çin Tayvana hücum edərsə, bu addımına görə hərbi yolla cavab verəcək. Bu barədə ABŞ prezidenti Co Bayden Tokiodakı Akasaka sarayında, Yaponiyanın baş naziri Kişida Fumio ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
 
Çin ilə Amerika Birləşmiş Ştatları arasındakı gərginliyi artıracaq açıqlamalar verən Co Bayden, Çinin Tayvana hücum edəcəyi təqdirdə, onların bu addımına hərbi yolla cavab verəcəklərini bildirib.
 
"Siz bəlli səbəblərə görə Ukrayna münaqişəsinə hərbi müdaxilə etmək istəmədiniz. Əgər söhbət belə gedirsə, Tayvanı müdafiə etmək üçün hərbi müdaxilə etməyə hazırsınızmı?" sualına "bəli” cavabını verən Bayden, daha əvvəl də bu istiqamətdə öhdəlik götürdüklərini bildirib.

Çin Xarici İşlər Nazirliyinin əməkdaşı Vanqın isə Co Baydenə "ABŞ, Çin xalqının suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyinə, hörmətlə yanaşmalıdır” cavabını verib.

"Biz, ABŞ-ı Çin ilə nəzərdə tutduğu  siyasətə sadiq qalmağa, ABŞ və Çinin üç birgə bəyannaməsinə, Tayvanın müstəqilliyinə dəstək verməmək öhdəliyinə əməl etməyə, Tayvanda separatçı qüvvələri şirnikləşdirib, ikitərəfli münasibətlərə xələl gətirməməyə çağırırıq”,- o bildirib.

Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub.

İkinci dünya müharibəsi zamanı Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.

Cavanşir Qasımov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol