• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov Serbiya səfərini ləğv etməyə məcbur oldu

Lavrov Serbiya səfərini ləğv etməyə məcbur oldu
06.06.2022 12:34
Lavrov Serbiya səfərini ləğv etməyə məcbur oldu. Bu barədə İnterfaks xəbər agentliyi məlumat verir.
 
Serbiya mediası Rusiya xarici işlər nazirinin Belqrad səfərinin üç Avropa ölkəsinin onun təyyarəsi üçün hava məkanını bağlamasından sonra ləğv edildiyini sğylənib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiya səfəri Balkan ölkəsi ətrafındakı ölkələrin hava məkanını onun təyyarəsi üçün bağladıqdan sonra ləğv edilib.

Serbiyanın "Vecernje Novosti” qəzetinin məlumatına görə, Şimali Makedoniya, Bolqarıstan və Monteneqro Lavrovun təyyarəsinə öz hava məkanından istifadə etməyə icazə verməkdən imtina edib.

İnterfaks xəbər agentliyi yüksək rütbəli diplomatik mənbənin Serbiya mediasına xəbəri təsdiqlədiyini bildirib.

"Bizim diplomatiyamız teleportasiyaya hələ yiyələnməyib”, - Rusiya xəbər agentliyinə deyib.

 Məsələyə Rusiya Xarici İşlər Nazirliyindən şərh verilməyib.

Lavrov bazar ertəsi Serbiyanın paytaxtı Belqrada gəlməli idi.

Moskvanın baş diplomatı Rusiyanın Ukraynadakı müharibəsinə görə Qərb tərəfindən sanksiyaya məruz qalıb.

Avropa Birliyi də işğala görə öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
 

Rusiya ilə sıx mədəni əlaqələri olan Serbiya Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı tərəf tutmaq üçün təzyiqlərə mane olub və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb.

Rusiya prezidenti Vladimir Putin və onun serbiyalı həmkarı Aleksandr Vuçiç keçən ay Rusiyanın Serbiyaya təbii qaz tədarükünü davam etdirməsi barədə razılığa gəliblər, digər ölkələr isə rus qazı üçün rublla ödəməkdən imtina etdikləri üçün əlaqə kəsilib.

Rafiq Şahbazov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol