• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Rusiya neftinə alternativ axtarır

Fransa Rusiya neftinə alternativ axtarır
06.06.2022 13:37
Fransa Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)  ilə danışıqlara başlayıb. Anadolu Agentliyinin Paris bürosunun məlumatına görə, bu barədə Fransanın iqtisadiyyat naziri Bruno Le Maire açıqlama verib.

Nazir enerji müstəqilliyi siyasətini Rusiya prezidenti Vladimir Putindən müdafiə etdiklərini vurğulayıb. 

 Le Maire bildirib ki,  BƏƏ ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan  yeni qanun ekoloji keçiddə investisiyaları və ümumi seçkilərdən sonra bərpa olunan enerji ilə bağlı addımları sürətləndirəcək. 

 Avropa İttifaqının (Aİ) daxili bazar üzrə komissarı Thierry Breton  isə Aİ ölkələrinin  mümkün qədər tez Rusiya qazından xilas olub müstəqilliklərini bərpa etmələrini təklif edib. O,  açıqlamasında Putinin Avropanı sevmədiyini deyib. 

Breton Putinin qazdan istifadə edərək avropalıları parçalamağa çalışdığını iddia edib.

Aİ-nin Rusiyaya qarşı 6-cı sanksiyalar paketinə bu ilin sonuna kimi Rusiyadan neft idxalının 92 faiz azaldılması daxildir.
 
Məltəm Şahbazova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol