• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Cüdo Birliyinə yeni prezident seçilib

Avropa Cüdo Birliyinə yeni prezident seçilib
18.06.2022 21:30
Macarıstan təmsilçisi Laslo Tot Avropa Cüdo Birliyinin yeni prezidenti seçilib. Bu barədə qərar Avstriyanın paytaxtı Vyanada Avropa Cüdo Birliyinin (EJU) növbədənkənar konqresində açıqlanıb.

51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu qatılıblar.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerin də iştirak etdiyi Konqresdə EJU-nun prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Prezident seçilən, 62 yaşlı  Laslo Tot  24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir.

Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə qurumun xəzinədarı vəzifələrinə seçiliblər.

Azərbaycan Cüdo Federasiyası Laslo Tot başda olmaqla, EJU-nun bütün yeni rəhbərliyini təbrik edib, onlara Avropa cüdosunun inkişafı istiqamətində görəcəkləri işlərdə uğurlar arzulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol