• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev əlcəzairli naziri qəbul etdi

İlham Əliyev əlcəzairli naziri qəbul etdi
10.08.2022 19:47
Prezident İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.

Ramtan Lamamra Əlcəzair Prezidenti Abdelməcid Tebbunun salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. Nazir bildirib ki, Əlcəzair Prezidenti Azərbaycanda gedən inkişaf proseslərini və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına çox uğurlu rəhbərliyini böyük maraqla izləyir.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Abdelməcid Tebbuna çatdırmağı xahiş edib.
Dövlət başçısı Əlcəzairin Qoşulma Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev OPEC+ formatında da Azərbaycanla Əlcəzairin uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Gələcəkdə əməkdaşlığın daha səmərəli və fəal şəkildə aparılması üçün bir çox sahələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi, ticarət, biznes və enerji sahələrində əlaqələri genişləndirməyin zəruriliyini bildirib.

Prezident İlham Əliyev Ramtan Lamamranın ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Qonaq bildirib ki, gözəl, qardaş ölkə olan Azərbaycana səfərdən məmnundurlar və o, göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Öz növbəsində əlaqələrimizin genişlənəcəyinə əminliyini ifadə edən Ramtan Lamamra ölkələrimizin bir-birinə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı etimadın mövcudluğunu məmnunluqla qeyd edib və bunun bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün çox səmərəli nəticələr verə biləcəyini bildirib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Siyasət 12:22
Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol