• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib
15.08.2022 11:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bakıda keçiriləcək iclasına toxunaraq, bu formatın iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.


İkitərəfli əlaqələrdən danışan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsinə verdiyi töhfəni qeyd etdi. Bu baxımdan Qırğız Respublikasının Prezidentinin bu il ölkəmizə səfəri zamanı əməkdaşlığın geniş gündəliyi ilə bağlı səmərəli danışıqların aparıldığını və dövlət başçıları arasında çox yaxşı şəxsi təmasın qurulduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Azərbaycanın Qırğızıstana investisiya qoyuluşu və əməkdaşlığın digər sahələrini əhatə edən məsələlərlə bağlı müzakirələr aparılıb.


Ölkədə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradıldığını qeyd edən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat potensialına digər ölkələrin, o cümlədən Mərkəzi Asiya ölkələrinin getdikcə daha böyük maraq göstərdiyini bildirdi, eyni zamanda, Mərkəzi Asiya regionunda da Xəzər dənizi hövzəsinə çıxan yeni dəmir yolu şəbəkələrinin yaradılması ilə bağlı planların da əhəmiyyətini vurğuladı.


Bakıt Torobayev ilk növbədə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.


Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.


Qonaq qeyd etdi ki, tarixi, mədəni köklərə söykənən Azərbaycan-Qırğızıstan münasibətlərinin müasir dövrdə əsası dünya səviyyəli tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyevin dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.


Söhbət zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın önəmi qeyd edildi, kənd təsərrüfatı, energetika, investisiya qoyuluşu ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

 
--------------- 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Siyasət 12:22
Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol