• $
  • £

I Yay Avropa Oyunlarının saytı ilə tanış olaq

I Yay Avropa Oyunlarının saytı ilə tanış olaq
16.04.2014 10:33
Məlum olduğu kimi Avropa I Yay Olimpiya Oyunları 2015-ci ildə Azərbaycanda – Bakı şəhərində baş tutacaq. Keçiriləcək ölkə dəqiqləşəndən sonra ölkəmizdə bu istiqamətdə ciddi hazırlıqlara başlanıldı. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsinin formalaşması həmin hazırlıqların başlanğıcı oldu.
Təbii ki, hazırlıqlar sırasında olimpiya oyunlarına qədər informasiya yayımının rəsmi mərkəzi olan xəbər saytının yaranması idi. Artıq bir neçə aydır ki, www.baku2015.com fəaliyyətdədir. Həmin sayta daxil olub imkanları ilə tanış olduq. 
İki dildə ( Azərbaycan və ingilis) fəaliyyət göstərən sayt altı bölmədən ibarətdir. 
“Avropa oyunları” bölməsi üç yarım bölmədən (idman, təşkilat, iştirakçılar) ibarət olmaqla, I Yay Avropa Oyunlarına qatılacaq iştirakçılar, dövlətlər, idmançıların sayı və hansı idman növlərinin təmsil olunacağı ilə bağlı oxucuları məlumatlandırır. 
“Sahələr” adlı bölmə oxucuları yarışların keçiriləcəyi məkanlar barədə məlumatlandırır. “Kənd hissəsi”, “Şəhər hissəsi”, “Dövlət bayrağı meydanı ərazisi” və “10 km-lik məsafədə yerlər” keçidlərində bütün idman növlərinin keçiriləcəyi yerlər qeyd olunub.
“Azərbaycan” bölməsində ölkəmiz haqqında qısa məlumat verilir. Bundan başqa ölkəmizdə idmanın inkişafı və bu günə kimi keçirilmiş mötəbər idman yarışları qeyd olunur.
“Bakı ilə tanış ol” bölməsində şəhərin keçmişi, onun əhalisi və ümumiyyətlə şəhər həyatı haqqında oxucular bilgiləndirilir.
“Mətbuat mərkəzi” bölməsi vasitəsilə I Yay Avropa Oyunlarının Bakıda keçiriləcəyinin müəyyənləşdiyi gündən bu günə kimi bütün informasiya təminatı həyata keçirilir. Onu da nəzərə çatdıraq ki, həmin bölmə yarış günləri də operativ informasiya təminatını həyata keçirəcək.
“Bizə qoşulun” bölməsi “Biz kimik” və “Biz nə edirik” başlığı ilə təqdim olunmuş iki kateqoriyadan ibarətdir. Həmin kateqoriyalarda Bakı Avropa Oyunları Əməliyyat Komitəsi haqqında məlumat verilir, gələcək potensial təqdim olunur və müxtəlif qurumlara partnyorluğa qoşulmaqla bağlı çağırış edilir.
Bundan başqa saytda bütün sosial şəbəkələrin plaginləri yerləşdirilmiş və paylaşımlar həmin şəbəkələrdə də həyata keçirilir. Aşağı hissədə isə ölkə başçısının, birinci xanımın və ayrı-ayrı rəsmi qurumların bannerləri yerləşdirilib.
Seymur
ANN.Az 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Baku 2015 18:34
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir
Baku 2015 11:49
Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir
Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert
Baku 2015 15:33
Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
Baku 2015 21:29
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda radar nəzarəti gücləndirilir
Baku 2015 18:30
Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda radar nəzarəti gücləndirilir
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ
Baku 2015 14:18
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ
On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Baku 2015 20:10
On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Baku 2015 18:06
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Baku 2015 12:46
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol