• $
  • £

Azərbaycanda seysmik rayonların xəritəsi hazırlanır - AMEA

Azərbaycanda seysmik rayonların xəritəsi hazırlanır - AMEA
15.02.2023 11:34
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərşənbə günü keçirilən iclasında respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması barəsində qərar qəbul edib. Bu barədə AMEA-nın rəsmi saytında məlumat yerləşdirilib.
 
"Kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib" , açıqlamada bildirilib. 
 
Bundan başqa AMEA-nın sədri yığıncaqların vaxtını dəyişərək aprel ayından martın 16-na keçirilməsi barəsində qərar qəbul edib. 
 
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, qonşu ölkədə baş verən zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilməz və yaxın zələzədə ölkədə güclü zəlzənin baş vermə ehtimalı yoxdur. 
 
Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində son məlumatlara görə ölənlərin sayı 35 mini, yaralıların sayı isə 105 mini keçib. BMT zəlzələni "əsrin fəlakəti" adlanıdırıb. 
 
Türkiyədə əvvəlki ən dağıdıcı zəlzələ 1939-cu ildə Ərzincan şəhəri yaxınlığında baş vermiş, 33 minə yaxın insan fəlakətin qurbanı olmuşdu.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol