• $
  • £

Ermənistanın Türkiyəyə yardımı siyasi motiv daşıyır - Aqil Məmmədov/VİDEO

Ermənistanın Türkiyəyə yardımı siyasi motiv daşıyır - Aqil Məmmədov/VİDEO
17.02.2023 11:47
Ermənistanın Türkiyəyə humanitar yardımı siyası motiv daşıyır. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Məmmədov çıxışı zamanı deyib.
 
"Ermənistanın niyyəti başqadır. 30 ildir bağlı qalan sərhədin açılmasına həvəsləniblər. Fikrimcə tələsməsinlər. Nə qədər ki, Ermənistan Azərbaycanın suverenliyini tanımayacaq, sərhəd də açıq olmayacaq", - Məmmədov bildirib. 
 
Fevralın 15-də Ermənistan mətbuatı xəbər paylaşaraq yazıb ki, Mirzoyanın Türkiyəyə səfərində Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Mirzoyan 30 ildir bağlı qalan Marqara körpüsünün ən qısa zamanda açılması barəsində razılığa gəliblər. 
 
2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından bir ay sonra Prezident Recep Tayyip Erdoğandan 30 ildir bağlı olan sərhədləri açmaq barədə ilk pozitiv mesaj gəlib.

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə sonra Türkiyə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə olub. Ancaq iki ildən sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb. Buna səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi olub. 
 
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ səbəbindən Ermənistan 30 il  bağlı qalan sərhəddən keçid edərək Türkiyəyə humanitar yardım göndərib. Türkiyə isə göndərilən yardımların bir qismini qəbul etməkdən imtina edib.
 

 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol